Çindən Türkiyəyə gətirilən azərbaycanlılar xəstəxanaya yerləşdirlib
Tibbi Xəbərlər

Çindən Türkiyəyə gətirilən azərbaycanlılar xəstəxanaya yerləşdirlib

Karantində saxlanılan şəxslər 14 gün ərzində hər 3 gündən bir təkrar müayinədən keçirləcək…

Çinin Uhan şəhərindən xüsusi təyyarə və tibbi heyətlə birgə təxliyə olunaraq Türkiyəyə gətirilən 42 nəfər artıq Ankaradakı Zəkai Tahir Burak adına xəstəxanaya yerləşdirilib.

1Arada.az Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qocanın keçirdiyi son mətbuat konfransında verdiyi məlumatlara istinadla xəbər verir ki, Çindən təxliyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib. 

Həmçinin  karantində saxlanılacaq Azərbaycan vətəndaşları üçün də ayrı otaqlar hazırlanıb. 

Karantində saxlanılan şəxslər 14 gün ərzində hər 3 gündən bir təkrar müayinədən keçirləcək. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir