Çernobıl hələ də yanır
Hər Şeydən Bir Az

Çernobıl hələ də yanır

Koronavirus Ukraynaya ciddi problemlər yaradır. Virusa yoluxanların sayı 2200-ü keçib, 69 nəfər həyatını itirib. Üstəlik, Çernöbıl da yanır, ətrafa radiasiya yayılır.

1Arada.az xəbər verir ki, altı gündür fəlakət zonasındakı yanğını söndürmək olmur. “RBK-Ukraina”nın məlumatına görə, yanğınsöndürənlərin cəhdləri problemi tam həll etməyə kömək etməyib. Rəsmi Kiyev əmin edir ki, meşə yanğınlarının və radiaktiv tullantıların həcmi artmır. Amma faciənin böyüklüyünü də gizlətmək mümkün deyil. Azı 20 hektar ərazinin yanmasından söhbət gedir. Üstəlik, radiasiyanın həcmi də ənənəvi həddən 16,5 dəfə çoxdur.

Çernobıl Atom Elektrik Stansiyasında məlum faciə 1986-cı il aprelin 26-da baş vermişdi. Dördüncü enerji blokunun partlaması böyük itkilərə səbəb olmuşdu. SSRİ hökuməti faciəni maksimum gizlətməyə çalışmışdı. Hətta ölənlərin sayını iki rəqəmlə ifadə edirdilər. Hərçənd, Çernobılda onminlərlə insanın tələf olması iddiası həmişə səslənib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir