Cəbhədə son vəziyyət Düşmən geri çəkilməyə məcbur edilir
Redaktorun Seçimi

Cəbhədə son vəziyyət: Düşmən geri çəkilməyə məcbur edilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlüyün ordumuzun tərəfində olduğunu bildirib.

1Arada.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, V.Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin Ordumuzun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumatın yalan olduğunu, heç bir əsası olmadığını vurğulayıb.

V.Dərgahlı qeyd edib ki, bu, növbəti dezinformasiyadır.

“Bildiririk ki, Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilir. İşğal altında olan torpaqlarımız azad olunur. Bu, danılmaz bir faktdır.

Hazırda bütün cəbhə boyu, o cümlədən cəbhənin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyümüz davam edir.

Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır“, – deyə V.Dərgahlı vurğulayıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir