Hər zaman görünmək hər bir qadının arzusudur. Hər kəs istəyir ki dərisi hamar, elastik və qırışsız olsun. Çox təəssüf olsun ki, qocalma prosesi hər bir canlı üçün qaçılmazdır. Ancaq dəriyə düzgün qulluq prosedurların ilə mocüzələr də yaratmaq mümkündür. Kimisi cavanlaşmaq üçün plastik cərahiyyəyə üz tutur kim isə hazır məhsullardan istifadə edir, kimi də dəriyə qulluq vasitələrini evdə hazırlayır.
1Arada.az sizə hər kəsə yaxşı tanış olan yoddan hazırlanan üz üçün krem təqdim edir.
Yod damar divarlarını tonusda saxlayır, eyni zamanda da mikrob əleyhinə təsir göstərir. Bu maddə insan orqanizminə yaxşı təsir edərək stressi aradan qaldırır.
Yod həm də ağardıcı effektə malikdir. Onun köməyi ilə ləkələri aradan qaldırmaq mümkündür.
Tələb olunanlar:
1 x/q Bal,
1 ç/q vazelin,
1 x/q gənəgərçək yağı
1-2 damcı yod
Hazırlanması: bütün inqrediyentləri şüşə qabda qarışdırın. Yodu 1-2 damcıdan çox əlavə etməyin. Sərin və qaranlıq yerdə 1 aydan artıq olmadan saxlayın. Adi krem kimi istifadə etmək mümkündür. Yoda allergiyası olan insanlar istifadə etməməlidirlər.