Buta Azərbaycanın əsas milli orlametlərindən biri olan naxış növüdür.

Qönçə, badamabənzər naxış növü atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal olunur.
Zərdüşt təliminə əsasən buta günəşin, müqqədəs odun rəmzi və insanı bədnəzərdən, xəstəliklərdən qoruyan təsvirdi. Buta Sasanilər dövründən (3-7 əsirlərdə yaxın şərq ərazisində) Səfəvilər (16-17əsir) sülaləsinin hakimiyyətinə gədər geniş istifadə olunub. Daha sonra forma və xarakteristikası dəyişdirilib, onu paltarlarda, zərgərlikdə, ev əşyalarında istifadə olub.

Buta ( Bute- Puta- Buta) sanskritcə “Alov” deməkdi. Ana dilimizin lüğətində isə gönçə, badama bənzər naxış, içində qızıl,gümüş əritmək üçün qab, dastanlarımızda isə eşq şərbətinin içməsi “Buta aldı” “Buta verildi” adlanır.

Olduqca çox sirli tərəflərə malik olan buta dünyada 6 rəqəmini xatırladan üç tikililərdən biri Misirdə, digəri Mesopatomiyada, digəri isə Bakıda yerləşir.

Qız Qalasına yuxarıdan baxdıqda 6 rəqəminə bənzəyir. Görünür bu səbəbə görə, xalqımız Butanı Azərbaycanın milli rəmzi hesab etmişlər.
Deyilənlərə görə, Buta Hindistan-Monğol sənətinin bir ünsürüdür. Əslində bu naxış ilk dəfə Teymurləngin nəvəsi türkəsilli Babur Şah tərəfindən istifadə edilib. Buta Babur Şahın ən sevdiyi naxış növü olub.

Bu naxış növü 19-cu əsrin ortalarında Hindistandan Şotlandiyanın Paisley şəhərinə gətirilib və oradan da bütün dünyaya yayılıb. Məhz buna görə Buta hal-hazırda Qərb dünyasında «paisley» adı altında tanınır.
Ona görədə buta bir çox məmbələrdən Hindistan tarixinə istinad edilir.
1960-cı illərdə hippiliyin dəbdə olduğu vaxtlarda, buta avropada çox məhşurlaşıb.
Butalar forma etibarı ilə 4 qrupa bölünür:
1.Bu növ adətən Azərbaycan xalçalarında daha çox rast gəlinir.
(“Muğan-buta”, “Salyan-buta”, “Xilə-buta”, “Bakı-buta”, “Sarabi-buta”, “Gəncə-buta”, “Şirvan-buta”).
2.Ailə həyatını təmsil edən butalar (“bala-buta”, “həmli-buta”, “balalı-buta”, “evli-buta”, “qoşaarvadlı-buta”)

3.Rəmzi mahiyyət daşıyan butalar (“cıqqa-buta”, “lələk-buta”, “küsülü-buta”, “qovuşan-buta”, “yazılı-buta” )

4.Bu qrupa müxtəlif formalı butalar daxildir: (“saya-buta”, “əyri-buta”, “dilikli-buta”, “qıvrım-buta”, “şabalıd-buta”, “zərxara-buta”).
