Qadın Uşaq Kişi Xəstəliklər

Bunu hər qadın bilməlidir – Süd vəzini necə yoxlamaq lazımdır?

Onkoloji xəstəliklərdən qadınlar arasında ən çox yayılanı süd vəzi xərçəngidir.

Erkən diaqnostoka və skrininqə baxmayaraq bu xəstəliyə yoluxma səviyyəsi gün gündən artır.

1arada.az bildirir ki, süd vəzi toxumasının hormonlara həssaslığı  səbəbindən bədxassəli şişin əmələ gəlməsi risqi qadının yaşından, şəkisindən, şəkər xəstəsi olmasından və digər bir sıra hormonal problemlərdən asılı olaraq dəyişə bilər.

Süd vəzində bədxassəli törəmənin əsasə yaranma səbəblərindən biri də qadın reproduktiv orqanlarının funksiyalarında baş verən dəyişikliklərdir. Bunlara erkən menstruasiya, ilk doğuşu gec yaşlarda baş tutması və ya qadının ümumiyyətlə doğmaması, süd əmizdirmə dövrünün tez kəsilməsi, gec başlayan menopauza, klimaks zamanı tətbiq edilən hormon terapiyası aiddir.

Proflaktikası

Süd vəzi xərçənginin ən effektli proflaktikası xəstəliyin tez aşkarlanmasıdır. Xəstəliyin müalicəsi şişin bioloji xüsusiyyətindən və xəstəliyin inkişaf mərhələdindən asılı olur. üzünümüayinə Bu zaman 96 faiz hallarda sağalmaq mümkündür.  

Xəstəliyin vaxtında aşkarlanmasında özünümüayinənin də rolu az deyil. Buna görə hər bir qadın vaxtaşırı olaraq süd vəzilərini yoxlamalı və onda baş verən hər hansı bir dəyişiklik aşkarlandığı təqdirdə təcili olaraq həkimə müraciət etməlidir.

Bunu aybaşından sonrakı periodda etmək daha düzgündür.

Süd vəzini müayinə etməyin ən yaxşı yolu çimərkən onları əllə yoxlamaqdır. Ovuc içərisinə bir az duş geli tökün və əllərinizi döşlərinizin üzərində astaca sürüştürün. Daha sonra isə döş gilələrinin ətrafını dairəvi hərəklərlə yoxlayın. Əgər əlinizə hər hansı bir törəmə toxunarsa o zaman təxirə salmadan həkimə müraciət edin.

Süd vəzini müayinə edərkən aşağıdakılara diqqət yetirilməlidir

  • Döşün formasının və ölçüsünündə baş verən dəyişiklik
  • Döş gilələrinin və dərinin kobudlaşaraq irəliyə doğru çıxması
  • Ağrı olmasa belə  döşün süd vəziləri yerləşən hissələrində olan düyünlər
  • Döşün qızarması və qaşınması
  • Döş giləsindən mayenin axması
  • Qolaltı çökəklikdə olan limfa düyünlərinin əllə hiss olunması

Lakin buna baxmayaraq mütəmadi olaraq həkim müayinəsindən keçmək də vacibdir. Belə ki, 40 yaşdan yuxarı qadınlar ildə 2 dəfə USM müayinəsindən keçməli və mammoloqda müayinə olunmalıdırlar. İldə bir dəfə isə mammaqrafiya olunmaq xəstəliyin vaxtında aşkarlanmasına şərait yaradacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir