“İki ay ərzində Bulvar ərazisində dezinfeksiya işləri aparılıb, maarifləndirici lövhələr asılıb”.
1Arada.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev bildirib.
Onun sözlərinə görə, Dənizkənarı Milli Park dövlət tərəfindən qorunan ərazidir:
“Ərazidə müxtəlif nadir bitkilər var. Bunu nəzərə alaraq, bu dövrdə mövsümi işlər həyata keçirmişik.
Bulvar İdarəsində Mühafizə İdarəsinin işçiləri və Daxili İşlər Nazirliyinin Çevik Alayının işçiləri də nəzarət həyata keçirəcək. Burada idman alətləri, uşaq əyləncə mərkəzləri, gəmilər istifadəyə verilməyəcək”.