Bu yerlərdə bütün sürücülər saxlanılacaq - DYP-dən açıqlama
Hər Şeydən Bir Az

Bu yerlərdə bütün sürücülər saxlanılacaq – DYP-dən açıqlama

1Arada.az xəbər verir ki, bu sözləri lent.az-a yol polisinin apardığı yoxlamalardan danışarkən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, mövcud rejimin təmin edilməsi üçün yol polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Hazırda Bakıda aparılan bütün yoxlamalar karantin rejimi ilə əlaqədardır. İcazəsiz evdən çıxanlar müəyyən edilərək saxlanılır və qanunauyğun tədbirlər görülür. Belə yoxlamalar Bakıda bir çox yerlərdə, yol polisinin xidmət apardığı bütün məntəqələrdə həyata keçirilir”.
Qeyd edək ki, paytaxtın Azadlıq prospekti, Zabrat dairəsi və.s yerlərində yoxlamalar aparılması barədə sosial şəbəkələrdə bir sıra məlumatlar paylaşılıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir