1Arada.az-ın sizə təqdim etdiyi bu üsulla salat üçün tərəvəzləri çox tez müddətdə bişirə biləcəksiniz. Bu zaman tərəvəzlərin tərkibində olan bütün vitaminlər və minerallar saxlanılır, tərəvəzlər şirəli və yumşaq qalır.
Çuğunduru yuyun və bişirmə paketinə qoyun. Paketin içərisinə 100 ml su əlavə edərək ağzını məhkəm bağlayın. Daha sonra paketdə diş çöpü ilə bir neçə dəlik açın. Paketi dərin boşqaba yerləşdirərək mikrodalğalı sobaya qoyun. Sobanın vaxtını 10 dəqiqəyə qurun. Eyni üsulla katrofu, yerkökünü və digər bərk tərəvəzləri də tez bir zamanda bişirə bilərsiniz.