Bu şəxslər sosial yardım ala biləcəklər — Qaydalarda yenilik.
Hər Şeydən Bir Az

Bu şəxslər sosial yardım ala biləcəklər — Qaydalarda yenilik.

Krediti olan ailələr də ünvanlı sosial yardım ala biləcəklər.

 
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.


Onun sözlərinə görə, “Ünvanlı sosial yardım haqqında” qanuna təklif edilən yeni dəyişikliyə əsasən, artıq adında pul krediti olan ailələr də ünvanlı dövlət sosial yardımdan yararlana biləcəklər.


Babək Hüseynov bildirib ki, ünvanlı sosial yardım sistemi üzrə 3 istiqamətdə islahatların aparılması nəzərdə tutulub.

 
Qanunda digər bir dəyişiklik isə ünvanlı sosial yardımın təyinolunma müddətinin azaldılması ilə bağlıdır. Qanun layihəsinə əsasən, sosial yardım almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq. Qüvvədə olan qanuna əsasən isə, bu müddət 2 il idi.

 
Qeyd edək ki, “Ünvanlı sosial yardım haqqında” qanuna təklif edilən yeni dəyişikliklər layihəsi nazirlik tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir