“Bu şəhərdə”nin konsertinə icazə verilmədi
Hər Şeydən Bir Az

“Bu şəhərdə”nin konsertinə icazə verilmədi

“Bu şəhərdə”yə Sumqayıtda konsert verməyə icazə vermədilər.

1Arada.az xəbər verir ki, bu barədə “Bu şəhərdə” prodakşının prodüseri və ssenaristi Müşviq Abbasov öz “Facebook” profilində yazıb.

O bildirib ki, Sumqayıt İcra Hakimiyyətindən icazə verilmədiyi üçün Sumqayıtda planlaşdırılan konsert baş tutmayacaq:

“Mart ayının 1 və 2-si “Bu şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq. Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və s. şəhərlərdə biz və ya kimsə konsert verəndə həmin şəhərin İcra Hakimiyyətindən icazə almağına ehtiyac yoxdur, sadəcə, konsert keçirəcəyin zal ilə danışılır, Sumqayıtda isə mütləq İcra Hakimiyyəti icazə verməlidir.

Bizə, dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən “Bu şəhərdə”yə Sumqayıtda konsertə icazə vermədilər. ( Kulis.az )

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir