Bu rayonda da sakinlərə tibbi maska paylandı - FOTO
Hər Şeydən Bir Az

Bu rayonda da sakinlərə tibbi maska paylandı – FOTO

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

1Arada.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. 

Bildirilib ki, əhalinin karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır.

Növbəti belə tədbirlərdən biri də Şəmkirdə baş tutub. Karantin rejiminin qaydalarına riayət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara xüsusi karantin rejiminin tələblərini izah edib.

Onlara mindən çox tibbi maska paylayıblar.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir