Bu marşrut xətləri üzrə elan olunan müsabiqə yekunlaşdı
Hər Şeydən Bir Az

Bu marşrut xətləri üzrə elan olunan müsabiqə yekunlaşdı

Ötən ilin dekabrında 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrutlar xətləri üzrə elan olunan müsabiqə yekunlaşıb. Nəticələrə əsasən 11, 30 və 40 nömrəli müntəzəm marşrut xətləri üzrə “BakuBus” MMC qalib elan olunub.

1Arada.az bildirir ki, qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin “BakuBus” MMC tərəfindən həyata keçirilməsi mərhələli şəkildə təmin oluncaq. Bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat veriləcək. 71 və 199 nömrəli marşrut xətləri üzrə isə daşımalar növbəti müsabiqələr keçirilənədək müvəqqəti olaraq əvvəlki daşıyıcılar tərəfindən icra ediləcək. Həmçinin, bildiririk ki, sərnişindaşımada nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir