Bu atlar canavarların ruhunu daşıyır
Hər Şeydən Bir Az Maraqlı Məlumatlar

Bu atlar canavarların ruhunu daşıyır

1Arada.az xəbər verir ki, qədim mifologiya, nağıl, rəvayət və əsatirlərdə mistik atlar haqqında çox məlumat var. Ən məşhurları nağıllardan yaxşı tanıdığımız təkbuynuzlu atlardır. Yunan mənbələrində onların Hindistandan gəldiyi yazılır. Deyilənə görə, insanlar təkbuynuzlu atın lənətindən qorxduqları üçün onu öldürməzdilər. O, ürəyin və ruhun təmizliyinin rəmzidir.

Kaliasto Adli Mistik At isə öz qeyri-adiliyi ilə seçilir. Rəvayətə görə o dünyaya gələndə hansısa canavarla xüsusi ruh bağı olub. Bu cütlüyü ayırmaq mümkün deyil. Hətta onlardan biri dünyasını dəyişərsə, digəri də onunla birlikdə dünyasını dəyişir.

Kirin adlı mistik qəhrəmanın isə başı əjdaha başıdır. Onun iki buynuzu var. Mifologiyaya görə əgər bu at səni seçibsə deməli, sən də Kirin kimi öz azadlığına düşkünsən. Və o, səni çox sevir.

Sleypnir isə Alman-Skandinav Mifologiyasinda tez-tez rast gəlinən Odinin 8 ayaqlı atıdır. Odin onunla dünayalar arasında səyahət edir. Rəvayətə görə Sleypnir yer, göy və yeraltı dünyaları birləşdirir. O, həm də 8 əsas nöqtədən əsən küləyin simvoludur.

Peqas yunan mifologiyasından tanıdığımız qanadlı atdır. O dəniz allahı Poseydon ilə, ilan saçlı Gorgon Meduzanın oğludur. Bəzi miflər Peqası Zevsin oğlu, Heraklın qardaşı kimi də təqdim edirlər. Rəngi ağappaq olan bu atın iki qanadı var və uçmağı bacarır. Peqas dünyaya gələn kimi yer üzündən ayrılıb, Yunan allahlarının yaşadığı yerə Olimp dağına uçur. O, Zevs üçün ildırım gətirməklə məşğul idi. Mifə əsasən, Helikon dağında Muzalara ilham olan Hippokre bulağı da məhs Peqasın ayağını yerə vurması nəticəsində meydana gəlib. Peqas obrazı Türk mifologiyasında Tulpar adı ilə mövcuddur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir