Bir çox qızlar kosmetik vasitələri rəfiqələri ilə bölüşərək bunda bir təhlükənin olmasını ağıllarına belə gətirmirlər. Amma bu sağlamlıq üçün təhlükəli ola bilər.
1Arada.az heç kimlə paylaşılması məsləhətli olmayan kosmetik vasitələri təqdim edir:
Tuş
Tuş kipriklərin diblərinə çəkildiyində göz qapaqlarına təmas edən bir gözəllik vasitəsidir. Bu səbəbdən də infeksiya və bakteriyalar çox rahat şəkildə tuş vasitəsilə yoluxa bilər. Buna görə də yaxşı olardı ki, tuşu yalnız özünüz işlədərək heç kimlə bölüşməyəsiniz.
Fırça və makiyaj süngərləri
Dəri xəstəliklərini və infeksiya yoluxması risqini azaltmaq üçün hər gün istifadə etdiyiniz bu vasitələri mütəmadi olaraq yumaq lazımdır. İlk baxışda görünmür, amma bu vasitələr içərisində mikrob və ölü dəri hüceyrələri saxlayır. Bir müddətdən sonra bu maddələr sizin dərinizdə ciddi xəstəliklərə səbəb ola bilər.
Dırnaq qayçısı
Dırnaqlarınızın sağlam və gözəl olmasını istəyirsinizsə, öz şəxsi dırnaq qayçısından istifadə edin. Dırnaq qayçısının ortaq olaraq istifadəsi normal və əhəmiyyətsiz kimi görünə bilər. Ancaq, qayçı vasitəsilə bir çox göbələk infeksiyalarının yayılması mümkündür.
Göz qələmi
Göz qələmi və ya layner də tuş kimi kipriklərin dibinə çəkildiyi üçün bakteriyaların yayılmasına səbəb olur. Əgər rəfiqənizin gözündə hər hansı bir virus və ya bakteriya varsa onun sizin gözlərinizə yoluxmaq riski yüksəkdir.
Dodaq boyası
Ağız, bakteriyalarla zəngindir, dodaq boyası və nəmləndirici vasitəsilə onların
digər yoluxması riski çox yüksəkdir. Ortaq istifadə edildiyində hətta boğaz
ağrısı kimi infeksiyanın də yaylmasına səbəb ola bilər.