Bakı Nəqliyyat Agentliyi Sosial Məsuliyyət layihələri çərçivəsində daha bir tədbirə nəqliyyat xidmətləri ilə dəstək olub.
1Arada.az bildirir ki, Abşeron Olimpiya İdman Kompleksində V Uşaq Paralimpiya Oyunlarının keçirilməsi ilə bağlı, Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın müxtəlif ərazilərindən (1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə və Reablitasiya Mərkəzi (Ramana qəsəbəsi), Moskva prospekti – 20 Yanvar dairəsi, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli İnternat məktəbi, Respublika Paralimpiya İdman Kompleksi (Qaradağ rayonu) ) paralimpiya idmançılarının Abşeron Olimpiya İdman Kompleksinə (Xırdalan şəhəri) daşınması təşkil olunub.




