BNA sərnişinləri mükafatlandırdı
Hər Şeydən Bir Az

BNA sərnişinləri mükafatlandırdı

235 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

1Arada.az xəbər verir ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir. Layihənin icra edildiyi 4-cü rübün sonunda sərnişinlər tərəfindən avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 127 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 36 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb. Eyni zamanda, rüb ərzində müvafiq inzibati xəta barəsində daha çox məlumat verən, tütün məmulatlarından istifadəyə qarşı mübarizə tədbirlərində Bakı Nəqliyyat Agentliyinə dəstək olan bir neçə sərnişin isə mükafatlandırılıb.
Qeyd edək ki, 2019 cu ilin yekunlarına əsasən vətəndaşlar tərəfindən ümumulikdə 429 xəta təqdim edilib. 235 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib. Həmçinin, il ərzində fəallıq göstərən və xətalar barədə daha çox məlumat verən 20 sərnişinə isə qiymətli hədiyyə təqdim edilib.
Məlumat üçün bildiririk ki, tütündən istifadə edən avtobus sürücülərinə qarşı mübarizədə sərnişinlərin birbaşa iştirakına şərait yaradan layihənin artıq müsbət nəticələri hiss edilir. Belə ki, aparılan monitorinqlər zamanı müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin tütün məmulatından istifadə hallarında azalma müşahidə edilir.
Bu sahədə daha müsbət nəticələr əldə olunması üçün sərnişinləri 2020-ci ildə daha da fəallıq nümayiş etdirməyə dəvət edirik.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir