Birdəfəlik qapanmalar, ciddi-sərt karantin rejimi yenidən ... - TƏBİB-in infeksionisti
Xəstəliklər

“Birdəfəlik qapanmalar, ciddi-sərt karantin rejimi yenidən …” – TƏBİB-in infeksionisti

Azərbaycanda yoluxma sayının rekord həddə çatması vəziyyətin ciddiliyindən xəbər verir.

1Arada.az xəbər verir ki, açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. İnfeksionist bildirib ki, bu artım tempi davam etsə, çıxış yolu yenidən qapanmalara getməkdir:

“Bəzi ölkələr yenidən qapanmalara getdi, yenidən məhdudiyyətlər tətbiq olunmağa başladı. Çünki rəqəmlər kifayət qədər kontroldan çıxmışdı, COVİD-lə bağlı xaotik vəziyyət yarandı həmin ölkələrdə.

Təbii ki, bu gedişlə, bu artım sürəti ilə davam etsə, bizim də ölkəmizdə bu xoşagəlməz hallar baş qaldırsa və qarşısıalınmaz bir həddə çatsa, təbii ki, çıxış yolumuz yenidən qapanmalara getməkdir. Amma biz yeni təcrübə qazanmışıq. Virusu tanıdığımız ilk dövrlərdən fərqli olaraq lokal məhdudiyyətlər, lokal qapanmalar dediyimiz karantin rejimi də müəyyən qədər öz effektliyini sübuta yetirmişdi.

Yoluxma nəzarətolunmaz həddə çatsa, birdəfəlik qapanmalar qaçılmazdır

Bütün ölkə üzrə deyil, yoluxmanın ən çox müşahidə olunduğu regionlar, şəhərlər, müəssisələr daxilində lokal qapanmalar daha məntiqlidir. Çünki ölkənin digər problemlərini də, iqtisadi vəziyyəti də nəzərə alaraq bu kimi addımlar daha məntiqəuyğun hesab olunur. Amma təbii ki müəyyən bir həddə qədər biz bu şəkildə edə bilərik.

Rəqəmlər tamamilə kontroldan çıxsa, nəzarətolunmaz həddə çatsa, xəstəxanalarda sıxlıq yaransa, birdəfəlik qapanmalara da, ciddi-sərt karantin rejiminə də gedilə bilər”. (Milli.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir