Bir çoxları Yeni ili tənha qeyd etməkdən kədərlənərək hətta deressiyaya düşür.
1Arada.az Cebhe.info istinadən xəbər verir ki, rusiyalı psixoloq Oksana Pikuleva bayram depressiyasından çıxmaq üçün öz tövsiyələrini verib.
Onun sözlərinə grə, bayram günü depresiyyaya düşməmək üçün 12 qaydaya əməl etmək kifayətdir:
1. Neqativ fikirləri pozitivlə əvəz edin.
2. Ehtiyacı olanlara hədiyyələr göndərin.
3. Özünüzə kiçik hədyyələr verin.
4. Sizə yaxşılığı dəymiş insanlara təşəkkür məktubu göndərin.
5. Ötən ilin bütün xoş hadisələrinin siyahısını hazırlayın.
6. Sevdiyiniz mahnıları dinləyin, zümzümə edin.
7. “Mənim xoşuma gələn 100 şey” siyahısını hazırlayın.
8. Bütün borclarınızı ödəməyə çalışın. Özünüzə olan borcunuzu unutmayın. Riskə dəyər.
9. Evdəki köhnələrdən qurtulun. Hətta pis insanlardan da.
10. Təklikdə rok-n-roll oynayın. Bu, psixofiziologiya sizə əhval- ruhiyyənizi qaldırmaqda kömək edəcək.
11. Öz arzularınızın siyahısını tutun. “Necə?” sualını qətiyyən düşünməyin. İstəyin yetər.
12. Şablonlardan bu dəfə uzaq durun. Heç vaxt etmədiklərini edin, xoşbəxt olacaqsınız. Siz qurban deyilsiniz, öz həyatınızın müəllifisiniz.