Tələb olunan məhsullar:
- yumurta — 4 ədəd;
- sümüksüz ət — 400 qr;
- duzlu xiyar — 150-200 qr;
- soğan — 1 ədəd;
- bitki yağı — 2-3 xörək qaşığı;
- duz, istiot, mayonez — zövqə görə;
Hazırlanması:
Əti duzlu suda təminən 1,5 saat bişirin. Bulyonla birlikdə soyudun. Daha sonra nazık uzun formada doğrayın.
Soğanı nazik fal-fal doğrayaraq üzərinə sirkə və şəkər tozu əlavə edərək marine edin. 20 dəqiqə marinadda qaldıqdan sonra şirəsini sıxın.
Xiyarı kub şəklində doğrayın.
Ən sonda isə qayğanağı hazırlayın.
Yumurtalara duz və istiot əlavə edərək yaxşıca çalın. Tavanı yağlayın və yumurtanı ora əlavbə edərək hər iki tərəfini qızardın. Hazır olduqdan sonra rulet kimi bükərək nazik-nazik doğrayın.
Doğranmış bütün ərzaqlara mayonez və duz, istiot əlavə edərək qarışdırın.
Nuş olsun!