Baş infeksionistdən karantin rejiminin uzadılması ilə bağlı VACİB AÇIQLAMA
Hər Şeydən Bir Az

Baş infeksionistdən karantin rejiminin uzadılması ilə bağlı VACİB AÇIQLAMA

“Hazırkı dövrdə respublikamızda koronavirus infeksiyasının yayılmasının azalması müşahidə olunur. Bir neçə gündür bir növ sabitlik yaranıb”.

1Arada.az xəbər verir ki, bunu Respublikanın Baş infeksionisti Cəlal İsayev Real TV-yə açıqlamasında deyib. Onun sözləri görə, azalmalardan dolayı arxayın olmaq üçün hələ tezdir:

“Çünki bu infeksiya hava-damcı yolu ilə yayılır. Belə infeksiyalardan hər cür təlatümləri gözləmək olar. Çünki karantin rejiminin tətbiqindən əvvəlki dövrdə baş verən yoluxmalar var ki, onlar hələ də virusu ifraz edən insanlar ola bilər. Biz onların azad hərəkətinə icazə versək, digər insanların yoluxmasına səbəb ola bilər. Ona görə də arxayınlaşmaq olmaz. Hesab edirəm ki, karantin rejiminin bir qədər də uzadılmasına ehtiyac var. Tam əmin olduqdan sonra mərhələli şəkildə karantinin yumşaldılmasına imkan yarana bilər. İndidən başlasaq, fikrimcə, səhv etmiş olarıq. Karantin rejimini uzatmaq vacibdir”. (Sfera.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir