Balıq Qoxusunu Evdən Aparmağın Yolları
Maraqlı Məlumatlar

Balıq Qoxusunu Evdən Aparmağın Yolları

Balıq yeməyin nə qədər faydalı olduğunu bilirik. Hətta mütəxəssislər həftədə iki dəfə balıq yeməyi məsləhət görür. Ancaq evdə bişirilən balığın çıxmayan qoxusundan narahat olanlar bu ləzzətdən imtina edirlər.

1Arada.az Evdar.az-a istinadən balıq qoxusunun evdən və əldən çıxarmağın yollarını sizlərə təqdim edir

Balıq Qoxusunu Evdən Necə Aparmaq Olar?
Evdə balıq qızartdığınız zaman eyni anda qoxudan da xilas olmaq istəsəniz fərqli üsullar var. Məsələn bir qazana su və sirkə töküb qaynada bilərsiniz.
Və ya bir qazana su və vanil töküb qaynada bilərsiniz. Vanil evinizdə gözəl bir qoxu yaradacaq.
Su və sirkəni qaynadarkən içərisinə dəfnə yarpağı, limon da əlavə edə bilərsiniz. Beləcə daha xoş iy verəcək, balıq qoxusunun evə hopmasının qarşısını alacaq.
Vanil və suyu qaynatma üsulunu balığı qızartdıqdan sonra da tətbiq edə bilərsiniz. Həm bir az daha uzun müddət qaynadıqca evə də xoş bir qoxu yayılacaq.


Balıq qızardarkən qoxusunu dərhal aradan qaldırmaq istəyirsinizsə qazana su töküb şəkər tozu əlavə edib qaynada bilərsiniz. Beləcə dərhal balıq qoxusunu evə hopmasınının qarşısını alacaqsınız.
Balıq qoxusunu qarşısını almağın digər bir yolu isə balıq qızardılan qızğın yağa arada bir neçə damçı limon damcılatmaqdır.
Başqa bir tavaya limon dilimləyib, üzərinə istəyə görə dəfnə yarpağı kimi qoxulu ədviyyatlar da əlavə etsəniz evə hopmuş qoxunu aradan qaldırmağınıza köməkçi olacaq.
Balığı ızgarada (manqalda) edirsinizsə dəfnə yarpağı, cəfəri ya da nanə kimi bitkilər əlavə edərək xoş ətir verməsini, həm də daha ləziz bir dad verməsi üçün istifadə edə bilərsiniz.
Balıq Qoxusunu Əldən Necə Çıxarmaq Olar?

Əldən balıq qoxusunu çıxarmağın da müxtəlif üsulları var. Bunlar:

Limonları dilimləyin və ovucunuzda möhkəm saxlayın. Əllərinizi limonla masaj edin, təxminən bir neçə dəqiqə gözlədin. Daha sonra əllərinizi soyuq suyla yuyun. Ancaq əldə və ya barmaqda çatlaq və ya yara varsa buna diqqət edin.Limon yara olan hissəyə dəydikdə yandıra bilər. Onunçün bu üsulu tətbiq etməməyinizi məsləhət görürük.
Əl üçün losyon istifadə etmək balıq qoxusunu aradan qaldırmağa köməkçi olacaq.
İlıq çay ilə əllərinizi ovuşdura bilərsiniz və ya qəhvə təlvəsi ilə əlləri yumaq da balıq qoxusunu aradan qaldırmaqda təsirli ola bilər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir