Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.
1Arada.az Trend-ə istinadla xəbər verir ki, digər iki qız müalicələrini davam etdirir.
Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.