Bakıda təcili yardım maşını qatarla toqquşdu
Hər Şeydən Bir Az

Bakıda təcili yardım maşını qatarla toqquşdu

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.

1Arada.az APA-ya istinadla xəbər verir ki, hadisə Qala yolu kimi tanınan ərazidə baş verib.

Xəzər rayonu 10 saylı Təcili Yardım Stansiyasına məxsus Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti avtomobili qorunmayan dəmiryol keçidindən keçib. Bu zaman yük qatarı avtomobili vurub.

Təcili yardım briqadasının üzvləri ağır xəsarət alıb. Onlar hadisə şahidlərinin köməkliyi ilə 3 saylı xəstəxanaya aparılıblar.

Yaralılar – həkim, 1984-cü il təvəllüdlü Süleymanova Zərifə Şahin qızı, tibb işçisi, 1972-ci il təvəllüdlü Nəsibov Bayram Kamal oğlu və sürücü, 1957-ci il təvəllüdlü Kərimov Mais Mustafa oğlu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Sürücü M.Kərimovun ayağı amputasiya olunub.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir