Bakıda ŞOK HADİSƏ 14 yaşlı qız uşaq dünyaya gətirdi
Hər Şeydən Bir Az

Bakıda ŞOK HADİSƏ: 14 yaşlı qız uşaq dünyaya gətirdi

Bakı şəhəri, Xəzər rayonunda 14 yaşlı qız doğuş edib.

1Arada.az “Report”a istinadən xəbər verir ki, doğuş iyul ayında olsa da, bu barədə fakt hüquq-mühafizə orqanlarına noyabrda məlum olub.

Məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı birləşmiş şəhər xəstəxanasında 2005-ci il təvəllüdlü T.T. doğuş edib. O qız uşağı dünyaya gətirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir