Bakıda keyfiyyətsiz içkidən zəhərlənib ölənlərlə bağlı açıqlama - RƏSMİ
Hər Şeydən Bir Az

Bakıda keyfiyyətsiz içkidən zəhərlənib ölənlərlə bağlı açıqlama – RƏSMİ

Ötən gün iaşə obyektlərində baş verən və ölümlə nəticələnən zəhərlənmə faktı ilə bağlı araşdırma hələ yekunlaşmayıb.

1Arada.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında AQTA-nın sədr müşaviri Elxan Mikayılov deyib. 

O bildirib ki, zəhərlənmə faktı ilə bağlı hadisələrin nisbətən çoxalması təəssüf doğurur:

“Cari il ərzində 694 ümumi zəhərlənmə faktı olub. Alkoqollu içkilərdən zəhərlən halları daha əvvəllər də müşahidə edilirdi, bu gün də müşahidə edilir.

Azərbaycanda zəhərlənmə stastistikasının böyük hissəsini məişət şəraitində zəhərlənmələr təşkil edir. Xüsusilə kustar üsulla qablaşdırılmış turşulardan zəhərlənmələr ümumi zəhərlənmə faktlarının təxminən 90 faizini təşkil edir. 

Bunlar arasında ictimai iaşə obyektlərində alkoqoldan zəhərlənmələr daha azdır. Ancaq narahatedici məqamlar çox olduğundan biz bu istiqamətdə işlər aparırıq”.

Qeyd edək ki, dünən Bakıda iki nəfərin texniki spirtdən hazırlanmış keyfiyyətsiz viskidən zəhərlənərək ölməsi, bir nəfərin isə kor olması barədə məlumat yayılıb. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir