Bakıda bu qəsəbə plana düşüb - SİYAHIYAALMA BAŞLADI
Hər Şeydən Bir Az

Bakıda bu qəsəbə plana düşüb? – SİYAHIYAALMA BAŞLADI

Bakının Nərimanov rayonunda yerləşən Böyükşor qəsəbəsində evlərin siyahıya alınmasına başlanıb.

1Arada.az redaktor.az-a istinadən xəbər verir ki, sakinlər bu ərazidə yerləşən evlərin söküləcəyini, yeni metro stansiyası tikiləcəyini iddia ediblər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “Dərnəgül”dən sonra üç stansiya inşa olunacaq ki, onlardan biri “Y1” adlandırdığımız stansiyadır. Bu stansiya “Koroğlu”ya yaxın ərazidə yerləşəcək. Yəni, Böyükşor qəsəbəsinin yaxınlığında olacaq. Lakin yeni stansiyaların konkret yeri barədə indidən nəsə demək çətindir. “Y1″ stansiyasının inşaat işləri ilə bağlı hələ qərar verilməyib”.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil  Kərimov isə qeyd edib ki, sözgedən ərazidə heç bir söküntü işləri planlaşdırılmır. Evlərin siyahıya alınmasının başqa səbəbi var:

“Bilirsiniz ki, Böyükşor qəsəbəsində çox sayda sənədsiz evlər var. Bu siyahıyalma da həmin evlərə çıxarış verilməsi ilə bağlıdır. Evlərin kvadratı ölçülür, qeydiyyatda olan şəxslər müəyyən edilir”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir