Bakı Nəqliyyat Agentliyinin məlumatı
Hər Şeydən Bir Az

Bakı Nəqliyyat Agentliyinin məlumatı

Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Bakı Metropolitenində qatarların hərəkəti dayandırıldığından, sərnişindaşımaları müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçiriləcək. Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki 01.04.2020-ci il tarixindən saat 07:00-dan 20:00-dək olmaqla dəyişdirilir. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə eskpres xətlər üzrə ehtiyyat avtobusların buraxılması nəzərədə tutulub. Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir. Bir daha vətəndaşları zərurət olmadığı halda evdə çıxmamağa, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir