Bakı Nəqliyyat Agentliyi tərəfindən piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə növbəti dəyişiklik-FOTOLAR
Hər Şeydən Bir Az

BNA tərəfindən piyadaların rahatlığını və təhlükəsizliyini təmin etmək üçün növbəti dəyişiklik – FOTOLAR

Bakı Nəqliyyat Agentliyi tərəfindən piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə növbəti dəyişiklik həyata keçirilib. Belə ki, Hənifə Ələsgərova küçəsində (Mərdanov Qardaşları küçəsi ilə kəsişmədə) mövcud avtobus dayanacaq məntəqəsindəki “cib” ləğv edilərək piyadalar üçün səki inşa edilib. Dəyişiklik həyata keçirilməmişdən əvvəl sözügedən avtobus dayanacaq məntəqəsində aşağıda göstərilən problemlər mövcud idi

❌ Avtobus dayanacaq pavilyonu səkini zəbt etdiyindən piyadalar yolun hərəkət hissəsinə düşmək məcburiyyətində qalırdılar ki, bu da onların həyatları üçün real təhlükə mənbəyinə çevirilirdi;
❌ “Cib”in standartlara uyğun olmaması səbəbindən avtobuslar “cib”ə daxil ola bilmirdilər;
❌ Dayanacaq pavilyonunun önündə sərnişinlərin dayanması üçün sahə qalmırdı.

Dəyişiklik həyata keçirildikdən sonra artıq:

✅ Avtobuslar daha qısa müddətə minib-düşməni həyata keçirir və səkiyə daha rahat yan alır;
✅ Piyadalar səki ilə daha rahat və təhlükəsiz şəkildə hərəkət edir;
✅ Sərinişinlər avtobusları dayanacaq pavilyonunun önündə təşkil edilmiş təhlükəsiz sahədə gözləyir;

Bundan başqa, görmə məhdudiyyətli insanlar üçün səkidə hiss edilə bilən (tactile) döşəmələr yerləşdirilib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir