Bakı metrosunda bu stansiyaların adları dəyişdiriləcək - RƏSMİ
Hər Şeydən Bir Az

Bakı metrosunda bu stansiyaların adları dəyişdiriləcək – RƏSMİ

“Bakı Metropoliteni” QSC “Ulduz” və “Xalqlar Dostluğu” stansiyalarının adlarını dəyişmək istəyir. 

1Arada.az bildirir ki, bu barədə “Report”a açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov məlumat verib. 

“Ulduz” stansiyasının “Böyükşor” adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan “Xalqlar dostluğu” stansiyası üçün isə bir neçə ad təklif etmişik. Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir. Bunlardan biri Günəşli qəsəbəsinə doğru gedir (red. Babək prospekti), digəri isə Laçın Univermağının yanından keçir (red. Bəhruz Nuriyev küçəsi). Çaşqınlıq yaratmamaq üçün hələlik onların adlarını səsləndirmək istəmirəm, amma artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət etmişik”, – deyə o, qeyd edib. 

Bundan başqa, metropoliten rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum “Bənövşəyi xətt”də olacaq bütün stansiyaların adları ilə bağlı təkliflərini də Adqoyma Komissiyasına təqdim edib: “Həmin adları qəbul edib-etməmək komissiyanın səlahiyyətindədir. Adətən Adqoyma Komissiyası stansiyalara adları onların yerləşdiyi əraziyə uyğun verir. İndiyə qədər bizdə adqoyma bir qədər pərakəndə olub. Məsələn, “Nizami” və “Memar Əcəmi” stansiyalarının yaxınlığında həmin şəxslərlə bağlı küçə, prospekti yaxud onları xatırladan nə isə yoxdur. Amma bu gün Adqoyma Komissiyası bu işlə ciddi məşğul olur”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir