Bərbər və gözəllik salonları belə işləyəcək - YENİ QAYDALAR
Hər Şeydən Bir Az

Bərbər və gözəllik salonları belə işləyəcək – YENİ QAYDALAR

Pandemiya dövründə bərbər və gözəllik salonlarının fəaliyyətinə dair qaydalar müəyyənləşib. 

1Arada.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Dövlət Sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib. 
Qaydalarda bildirilir:  – Onlayn növbə qəbul sisteminin tətbiqi;
– Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;
– İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;
– Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır;
– Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;
– Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir;
– Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;
– Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir;
– Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;
– Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir