Az yeməyin yolları açıqlanıb
Hər Şeydən Bir Az

Az yeməyin yolları açıqlanıb

«#KetoDieta. Yağ yemək olar!» adlı arıqlamaq  haqda kitabın müəllifi az yeməyin qaydalarını açıqlayıb.

1Arada.az xəbər verir ki, ekspertin sözlərinə görə, bunun üçün yarımfabrikat və fast food qidalardan tamamilə imtina etmək, təbii ərzaqlara keçməklə əsasən də yumurta, ət, balıq, meyvə və tərəvəzlər olmaqla sağlam qidalanmaq lazımdır. 

Ekspert bildirir ki, insanların normadan artıq qidalanmaqlarının səbəbi onların dad reseptorlarının pis işləməsidir. Buna səbəb isə tərkibində konservantların və dadlandırıcıların yüksək olduğu yarımfabrikatfast food qidalardan həddən çox istifadə edilməsidir.  Qeyri sağlam qidadan imtina edildikdə dad reseptorları yenidən yaxşı işləməyə başlayır.

Bundan əlavə həkim alma meyvəsinin kimlərə əks göstəriş olduğunu da açıqlayıb.  Belə ki, həzm sistemində problem olan insanlar üçün alma bir sıra problemlər yaradır. Bu meyvəni mədə xorasından və ya turşuluqdan əziyyət çəkən insanlar da yeməmələri məsləhətdir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir