Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Gözəllik və Dəb

Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)

Dekabrın 7-də Türkiyənin İstanbul şəhərində “Best Model of The World – 2019” beynəlxalq gözəllik müsabiqəsinin finalı baş tutub.
1Arada.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yarışmada azərbaycanlı model Nuru Əhmədov qalib gəlib. O, saytımıza açıqlamasında çox sevincli olduğunu və məqsədinə çatdığı üçün qürur hissi keçirdiyini bildirib.
40 ölkənin qatıldığı müsabiqədə ikinci yeri Belçika, üçüncü yeri isə Türkiyə təmsilçiləri qazanıb.
Xatırladaq ki, Azərbaycana sonuncu dəfə bu qalibiyyəti 12 il əvvəl model Rüstəm Cəbrayılov gətirmişdi. O, 2007-ci ildə İstanbulda keçirilən “Best Model of The World” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olmuşdu.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir