Azərbaycanlı koronavirus əleyhinə dərman hazırladı
Tibbi Xəbərlər

Azərbaycanlı koronavirus əleyhinə dərman hazırladı

Qazax rayon Kosalar kənd sakini Asif Zöhrabov Çində yayılan öldürücü yeni növ koronavirusun insandan insana keçərək yayılmasının qarşısını ala biləcəyini iddia edir. 
1Arada.az “Sputnik Azərbaycan”a istindən xəbər verir ki, o, 10 günə yaxın müddət ərzində üzərində işlədiyi maddənin artıq hazır olduğunu bildirib. Onun sözlərinə görə, hazırladığı dərman sprey formasındadır və püskürüldüyü yerlərdə virusun yayılmasının qarşısını almaq qabliyyətindədir.
A.Zöhrabov qoruyucu spreyi hazırlamaq üçün tütün, kükürd, sarımsaq və bir neçə digər maddənin qarışığından istifadə etdiyini bildirib.
“Koronavirus haqda söhbətlər başlayanda mən də ondan necə qorunmağın yollarını fikirləşməyə başladım və bu spreyi hazırladım. Tam olaraq əminəm ki, onun vasitəsilə nəinki koronavirusun, eyni zamanda bir çox digər virusların yayılmasının qarşısını almaq mümkündür. Bununçün xəstəliyin yayıla biləcəyi yerlərin bu spreylə dezinfeksiya edilməsi kifayət edir”, – deyə məlumat verib.
A.Zöhrabov niyyətinin ölkəmizi bu virusdan qorumaq və bacardığı qədər insanlara yardım etmək olduğunu söyləyib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir