Azərbaycanlı cüdoçular donmaqdan son anda xilas edildilər
Hər Şeydən Bir Az İdman

Azərbaycanlı cüdoçular donmaqdan son anda xilas edildilər

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi keçirib.

1Arada.az “virtualaz.org”a istinadən xəbər verir ki, Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, ötən gün dekabrın 6-da gecə saatlarında Atırau vilayətində polis Atırau-Həştərxan avtomobil yolunda xarab olub qalmış “Mercedes Sprinter” mikroavtobusu aşkar edib.

Polis aşkar edib ki, avtobusun salonunda 16 məktəbli və onları müşaiyət edən üç yetkin şəxs var, onlar soyuqdan donma təhlükəsi ilə üzləşiblər.

Məlum olub ki, mikroavtobus Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət komandasını Atırau vilayətinə, beynəlxalq yarışa aparırmış.

“Patrul ekipajı operativ şəkildə uşaqları rayon polis bölməsinə aparıb.

Qonaqlara isti yemək və çay veriblər. Bir müddət sonra polis departamenti rayon icra hakimiyyəti ilə birlikdə uşaqların başqa avtobusla vilayət mərkəzinə aparılmasını təşkil edib.

Polislər uşaqları Atırau şəhərinə qədər müşaiyət ediblər”,-regional polis idarəsinin açıqlamasında deyilir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir