Hər Şeydən Bir Az Qadın Uşaq Kişi

Azərbaycanın İlk Qadın Pilotu

Məmmədbəyova Leyla Ələsgər qızı Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın pilotdur. O, 9 sentyabr 1909-cu ildə Bakıda dünyaya gəlib. İlk təhsilini Bakı Aeroklubunda alıb. 1931-ci ildə ilk uçuşunu yerinə yetirib.

1arada.az bildirir ki, təhsilini Moskvada davam etdirən Leyla Məmmədbəyova 1933-cü il mart ayının 17-də Moskvanın Tuşino Aerodromunda U-2 təyyarəsindən paraşüt ilə tullanaraq Nina Kamnevadan sonra Sovet İttifaqının ikinci qadın paraşütçüsü olur. 1941-ci ildə “Aviasiya mayoru” adını alıb və Bakı Aeroklubunda müəllim kimi fəaliyyətə başlayıb.

Böyük vətən müharibəsində iştirak etmək istəyən mayor Məmmədbəyova altı övladından dördü azyaşlı olduğundan yox cavabı alır. Mayorun böyük oğlu Firudin II Dünya Müharibəsində, kiçik oğlu Xanlar isə Qarabağ döyüşlərində iştirak edib.

O, müharibə illərində yüzlərlə desant və 4000 paraşütçü hazırlayıb. Onlardan iki nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Məmmədbəyova təyyarəçi karyerasını 1949-cu ildə son uçuş ilə başa çatdırıb. Sonralar Ordu və Aviasiyaya Kömək Könüllü Cəmiyyətinin Bakı filialında sədr müavini kimi çalışıb. 1961-ci ildə təqaüdə çıxıb.
Leyla Məmmədbəyova 1989-cu ilin iyul ayında vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

1934-cü ildə çəkilən “İsmət” bədii filmi Leyla xanıma həsr olunub.1995-ci ildə isə onun haqqında sənədli film çəkilib.

Etibar Manafov

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir