Azərbaycanın bu hissəsində koronavirus daha çox yayılıb - RƏSMİ SİYAHI
Hər Şeydən Bir Az Xəstəliklər

Azərbaycanın bu hissəsində koronavirus daha çox yayılıb – RƏSMİ SİYAHI

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

1Arada.az xəbər verir ki, son məlumatlardakı rəqəmlər ən çox yoluxmanın Bakıda qeydə alındığını göstərir.

Bununla belə əvvəlki göstəricələrlə müqayisədə Bakıda yoluxma 1 faiz azalıb. Bundan əvvəl ölkə üzrə ümumi yoluxmanın 56,2 faizi paytaxın payına düşürdüsə, hazırda bu rəqəm 56,1 faiz təşkil edir.

Sonrakı yerlərdə 15,6 faizlə Abşeron, 10,4 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2,1 faizlə Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Rəsmi məlumata görə, ən az yoluxma 0,4 fazilə Naxçıvan Muxtar Respublikasındadır.

Həmçinin qeyd edilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 0,7 faizi ölkə xaricində yoluxanlardır.

Son məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər vəfat edib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir