Azərbaycanın bu bölgəsində koronavirus sürətlə yayılır (RƏSMİ)
Hər Şeydən Bir Az Xəstəliklər

Azərbaycanın bu bölgəsində koronavirus sürətlə yayılır (RƏSMİ)

Son günlər Gəncədə koronavirusa yoluxanların sayı artmaqdadır. 

1Arada.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O həmçinin tibb işçiləri arasında yoluxmalardan da danışıb: “Bizdə yoluxmalar daha çox ailə üzvləri arasında olur. Bir vətəndaş yoluxduğu zaman onu ailə üzvlərinə də yoluxdurur. Gəncədə belə hal müşahidə edilmişdir. Bir neçə ocaq müəyyənləşdirilib. Bir vətəndaş 5-6 nəfəri birdən yoluxdurub. Tibb işçiləri də eyni şəkildə yoluxublar. Ora bizim əməkdaşlar ezam olunub”.

Qeyd edək ki, Gəncədə aktiv yoluxma hallarının sayı 50-dən yuxarıdır. Aprel ayının 26 günündə Gəncədə 101 yoluxma halı müəyyən edilib. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir