Azərbaycanda yarım metr hündürlüyündə qar yağdı
Hər Şeydən Bir Az

Azərbaycanda yarım metr hündürlüyündə qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1Arada.az-a verilən məlumata görə, yanvarın 19-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 33 mm, Lerikdə 14 mm, Astarada 12 mm, Yardımlıda 9 mm, Ordubadda 3 mm, Naxçıvan və Şahbuzda 2 mm, Ağdərə (Ordubad), Sədərək, Qusar, Quba, Biləsuvarda 1 mm , Bakıda və Abşeron yarımadasında 1-3 mm təşkil edib.Qar örtüyünün hündürlüyü isə Lerikdə 55 sm, Sarıbaşda (Qax) 39 sm, Kişçayda 14 sm, Ordubadda 10 sm, Yardımlı, Xınalıq, Altıağacda 8 sm, Xaltan, Qrızda 7 sm, Şahbuzda 5 sm, Naxçıvanda 4 sm, Şahdağda 3 sm, Şərur və Şahbuzda 2 sm, Gədəbəy, Şəki, Qubada 1 sm olub.

Havanın minimal temperaturu dağlıq rayonlarda 5-7 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 11-14 dərəcə şaxta olub.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir