Azərbaycanda toyda faciə Həkimi döydülər, təcili yardım maşınına isə...
Hər Şeydən Bir Az

Azərbaycanda toyda faciə: Həkimi döydülər, təcili yardım maşınına isə…

Lənkəran şəhərində döyülmə hadisəsi baş verib.

1Arada.az xəbər verir ki, şəhərdə yerləşən şadlıq saraylarından birində 60 yaşlı Axundova Xeyrannisə Cəlil qızının qəfil halı pisləşib. Ona tibbi yardım göstərilməsi üçün təcili yardım çağırılıb.

Hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Həsənov Vüsal Fayaz oğlu, xəstənin həyatını xilas edə bilmədiyi üçün mərhumun qohumları tərəfindən döyülüb. Həkim baş və üz nahiyələrindən xəsarət alıb. O, kəllə-beyin travması alaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Təcili yardım maşınına da ziyan vurulub. Xəstənin ürək tutmasından keçindiyi bildirilir. (Report)

Faktla bağlı araşdırma aparılır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir