Azərbaycanda tanınmış hüquqşünasa həyat yoldaşının böyrəyi köçürüldü
Tibbi Xəbərlər

Azərbaycanda tanınmış hüquqşünasa həyat yoldaşının böyrəyi köçürüldü

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, 42 yaşlı hüquqşünas Ramil İskəndərli iki dəfə əməliyyat olunub.

1Arada.az “Report”-a istinadən xəbər verir ki, o, ürək-damar şuntlanması edilib, daha sonra isə hüquqşünasa böyrək köçürülüb.

Böyrək transplantasiyası zamanı R.İskəndərlinin donoru isə həyat yoldaşı Nigar İskəndərova olub. Belə ki, N.İskəndərovanın böyrəyi R.İskəndərliyə köçürülüb.

Hər iki cərrahi əməliyyat Bakı şəhərindəki xəstəxanalardan birində baş tutub.

Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir