Azərbaycanda otellərin Yeni il qiymətləri kəllə-çarxa çıxdı 3 gecə 7765 manat
Hər Şeydən Bir Az

Azərbaycanda otellərin Yeni il qiymətləri kəllə-çarxa çıxdı: 3 gecə 7765 manat

Artıq Yeni ilə sayılı günlər qalıb. Bu bayramı kimiləri ölkə xaricində, kimiləri də ölkə daxilində keçirməyi düşünür. Hər il olduğu kimi bu il də ölkəmizdə yerləşən otellər Yeni il kampaniyaları təşkil edib.

1Arada.az “Yeni Sabah”-a istinadla otellərin Yeni il qiymətlərini təqdim edir:

Qax El Resort – 850 azn (2 nəfər)

Qalaaltı – 1050-3500 azn (2 nəfər)

Quba Palace – 1669 azn (2 nəfər)

Şahdağ Hotel & SPA – 1139 azn (2 nəfər)

Park Chalet – 1529 azn (2 nəfər)

Quba Palace – 1550 azn (2 nəfər)

Pik Palace – 1799 azn (2 nəfər)

Ən bahalı Yeni il qiymətləri isə Şəkidə yerləşən “Marxal Resort & SPA”ya məxsusdur. Burda qiymətlər 2 gecə üçün 1560 AZN-dən başlayır. Oteldə 3 gecə keçirmək isə 2035 manata başa gəlir. Yeni ili xüsusi villada qarşılamaq istəyənlər isə 5990 -7765 manat ödəməli olacaqlar.

Demək olar ki, bütün otellərin paketlərinə gün ərzində 3 dəfə açıq bufet qidalanma, Yeni il axşamı açıq bufet menyusu (spirtli və spirtsiz içkilər), uşaqlar üçün xüsusi əyləncəli proqramlar (Şaxta Baba və Qar Qız), maraqlı oyunlar, 31 dekabr və 1 yanvar canlı musiqi və Yeni il günü müxtəlif müğənnilərin iştirakı ilə əyləncə proqramlarının təşkili, atəşfəşanlıq, DJ/diskoteka və s. daxildir.

Paytaxt Bakıdakı bəzi otellər isə Yeni il gecəsi şənliyi ilə bağlı qiymətlərini açıqlayıb. Belə ki, “JW Marriott Abşeron Hotel”də yeni il gecəsi yeməyi sizə adambaşı 220 AZN-ə başa gələcək. “Four Seasons Hotel”də isə bu qiymət 250 AZN-dir. Bu otel əgər limitsiz spirtli içki istəyənlərdən isə 500 AZN tələb edəcək.

Yeni ili xaricdə qarşılamaq istəyənlər üçün də qiymətləri araşdırdıq. Dekabrın son gecəsini və Yeni ilin ilk gününü Avropada – Fransa, Belçika və Niderland kimi ölkələrdə keçirmək istəyənlər büdcələrindən 1000-2000 dollar (1700-3400 AZN) ayırmalı olacaqlar.

Türkiyənin məşhur şəhərlərindəki otellərin qiymətləri 500 dollardan (850 AZN) başlayır. 700 dollardan (1200 AZN) başlayan qiymətlərlə isə Yeni ili Dubayda qarşılamaq mümkündür.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir