“Centron Home” mağazalar şəbəkəsi ölkə tarixində ilk dəfə video zənglə elektronika məişət əşyalarının kreditləşməsini həyata keçirir.
1Arada.az xəbər verir ki, bu haqqda şirkətin Baş direktoru İbadlı Yusif məlumat verib. Belə ki, COVİD–19 pandemiyasını nəzərə alan mağaza, müştərilərinə unikal xidmət təklif edir.
Artıq “Centron Home” mağazası video zəng vasitəsiylə kredit rəsmiləşdirməsini həyata keçirir.

Bu zaman hər hansı bir bankın vasitəçiliyi olmadan, kredit mütəxəssisi və müştəri daxili kreditləşməni birbaşa həyata keçirir. Bununla da şirkət həm işçilərini, həm də müştərilərini koronavirus təhlükəsindən qoruyur. Gələcəkdə bu xidmətin iketa resursları hesabına daha da genişləndirilməsi nəzərdə tutulub. Artıq video zənglə kredit xidmətindən istifadə edib məmnun qalan müştərilər də var.

Şirkət rəsmisinin sözlərinə görə bu yenilik sayəsində satışlarda çox böyük irəliləyiş olub.