Azərbaycanda ilk internet serial çəkilir - Bu dəfə həkim olacaqlar
Hər Şeydən Bir Az

Azərbaycanda ilk internet serial çəkilir – Bu dəfə həkim olacaqlar

Azərbaycanda ilk dəfə internet serialın çəkilişlərinə başlanılıb. 

Azərbaycan Film Akademiyasının istehsalı olan, tibbi mövzuda lentə alınan ekran işi “Sayrışan işıqlar” adlanır. Serialda baş rolları Rəşad Kəsəmənli, Aysel Nazim, Elnar Qarayev candırır.

Layihənin rəhbəri, eyni zamanda quruluşçu rejissoru Zaur Tahirsoy  bildirib ki, internet serialın izləyicilər tərəfindən maraqla qarşılanacağına inanır: “Əlbəttə, Azərbaycanda belə təşəbbüsə ilk cəhd etmək cəsarətlə yanaşı fədakarlıq tələb edirdi. Hələ 2016-cı ildə bu layihə haqqında danışanda bizi ciddiyə almırdılar. Amma bu gün layihəmə inanan və işinə sevgiylə yanaşan komanda ilə bu işin öhdəsindən gəldik. Dekabrın ortalarına layihəmiz təqdim olunacaq, böyük qala gecəsi keçirəcəyik. Ondan sonra bölümlər “Medplus TV” yutub kanalına yüklənəcək.

İnanıram ki, bu layihədən cəsarətlənərək bir çox kino istehsalçıları internet serialına start verəcək. Çünki bu sahənin inkişafı Azərbaycan kino sektoruna yeni nəfəs gətirəcək. Filmin quruluşçu operatoru Elvin Əsgərov, ikinci rejissoru Böyükağa Əliyev, səs rejissoru Vüqar Sübhandır”.

Aktrisa Aysel Nazim isə bildirib ki, ilkə imza atmaq hər zaman onu həyəcanlandırır: “Hər zaman düşünürdüm ki, bizdə niyə internet seriallar  çəkilmir. Bilirəm ki, bu maddiyyat tələb edir. Sponsorlar, şirkətlər bu cür layihələrdən qaçmamalıdır. Maraqlı bir layihədə olmaq məni həyəcanlandırır. Uğurlu iş olacağına inanıram. Bütün komandaya uğurlar arzulayıram”. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir