Azərbaycanda koronavirusa yoluxmuş 67 nəfər sağalıb və evə buraxılıb. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın məlumat yayıb.
Hər Şeydən Bir Az Xəstəliklər

Azərbaycanda daha 67 nəfər koronavirusdan sağaldı – RƏSMİ

Azərbaycan Respublikasında 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 67 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın məlumat yayıb. 

Hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1080 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat etmiş, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120.479 test aparılmışdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir