Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu - 5 nəfər öldü
Redaktorun Seçimi Tibbi Xəbərlər Xəstəliklər

Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu – 5 nəfər öldü

Azərbaycan Respublikasında 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 80 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

1Arada.az xəbər verir ki, Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat etmişdir. Hazırkı dövrədək ölkəmizdə 5662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3508 nəfər müalicə olunaraq sağalmış, 68 nəfər vəfat etmiş, 2086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 302.933 test aparılmışdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir