Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər - DƏHŞƏTLİ PROQNOZ
Hər Şeydən Bir Az

Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər – DƏHŞƏTLİ PROQNOZ

Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahələrdə yerləşir.

1Arada.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, Azərbaycan tektonik proseslərin intensiv getdiyi Alp-Himalay cavandağəmələgəlmə qurşağında yerləşdiyindən burada zəlzələnin təkrarlanması xarakterik hal sayılır.

Respublikada Böyük-Qafqazın cənub-şərq yamacı (Şamaxı-İsmayıllı), Naxçıvan Muxtar Respublikasının orta və yüksək dağlıq ərazisi 9 bal, Böyük Qafqazın cənub yamacı, bütün Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikasının alçaq dağlıq ərazisi, Abşeron-Qobustan ərazisi 8 bal, qalan ərazilər isə 7 bala qədər seysmik zonaları əhatə edir.

Şöbə müdiri qeyd edib ki, zəlzələ hadisəsinin riskliyi nəzərə alınarsa, Azərbaycanda bu sahədə Dağlıq Şirvan iqtisadi rayonu 1-ci yeri tutur. Son 100 ildə respublika ərazisində qeydə alınan 200 zəlzələnin 40 faizi Şamaxı rayonunun payına düşür:

“Aparılan tədqiqatlar göstərir ki, bu regionda güclü zəlzələlərin təkrarlanması 30-50, bəzən də 100 ildə bir dəfə baş verə bilər”.

Alim əlavə edib ki, Azərbaycanda güclü zəlzələ ocaqları Xəzər dənizinin cənubu, cənub-şərqi, şimal hissələrini əhatə edir.

Potensial gücə malik zəlzələ ocaqları (9 bala qədər) Xəzər dənizində yerləşdiyindən respublikanın digər regionları ilə müqayisədə Abşeronda, o cümlədən Bakı şəhər aqlomerasiyasında hətta 5-6 ballıq zəlzələlər təsərrüfat sahələrinə və əhali məskunlaşmasına ciddi ziyan vura bilər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir