Azərbaycanda açıq havada toyların keçirilməsinə icazə verilir - TƏBİB-dən özəl AÇIQLAMA
Hər Şeydən Bir Az

Azərbaycanda açıq havada toyların keçirilməsinə İcazə verilir? – TƏBİB-dən özəl AÇIQLAMA

Azərbaycanda pandemiyaya görə 6 aydan çoxdur ki, toy, yas, ad günü və digər mərasimlərin keçirilməsinə qadağa qoyulub. Bir çox ziyalılar və deputatlar tərəfindən toyların keçirilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Həmin təkliflərdən biri də toyların açıq havada keçirilməsidir. Azərbaycanda açıq havada toyların keçirilməsinə icazə verilə bilərmi?

1Arada.az xəbər verir ki, KONKRET.az-ın bununla bağlı sualını şərh edən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, brifinqdə də səsləndirildiyi kimi hazırda müxtəlif məsələlər Operativ Qərargah tərəfindən müzakirə olunur. TƏBİB bu barədə qərar qəbul edən qurum deyil. Bununla bağlı qərarlar Nazirlər Kabineti tərəfindən verilir.

Rəvanə Əliyeva fikrini belə tamamlayıb:

“Əgər tapşırıq olarsa, qərara uyğun TƏBİB tərəfindən hər hansı bir metodiki göstərişlər işlənib hazırlana bilər, amma hazırda mən bununla bağlı nəsə deyə bilməyəcəm”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir