Azərbaycanda 50 min insanın iş icazəsi xəbərdarlıqsız ləğv edildi
Hər Şeydən Bir Az

Azərbaycanda 50 min insanın iş icazəsi xəbərdarlıqsız ləğv edildi

Karantin rejimində fəaliyyətini davam etdirmək üçün bir sıra qida şirkətlərinin əməkdaşlarına verilən və aprelin 20-nə qədər etibarlı olan xüsusi icazənin ləğv edildiyi bildirilir.

1Arada.az-a bu barədə məlumat qida şirkətlərinin fəaliyyət icazəsi ləğv olunmuş əməkdaşları tərəfindən verilib.

Məlumata görə, bu gün qida məhsulları daşıyan şirkət maşınları Dövlət Yol Polisinin (DYP) postunda saxlanılıb və onlara karantin rejiminin tələblərini pozaraq, icazəsiz hərəkət etdikləri bildirilib.

Şirkət əməkdaşları onlara verilmiş icazə vərəqini təqdim etsələr də, polis əməkdaşları həmin sənədin saxta olduğunu iddia ediblər.

İşçilərin sözlərinə əsasən, polislər onların təkidi ilə müvafiq icazə portalında göstərilmiş telefon nömrəsinə zəng vurublar. Zəng nəticəsində müəyyən edilib ki, saxlanılan əməkdaşlara verilmiş icazə vərəqi saxta olmasa da, artıq ləğv olunub. Lakin icazənin ləğv edilməsinin səbəbi izah edilməyib.

Portal nümayəndəsi ilə danışıq zamanı ölkədə fəaliyyətinə razılıq verilmiş daha 50 min (!) nəfərin icazəsinin ləğv edildiyi məlum olub.

Çox qəribə vəziyyət yaranıb. Belə çıxır, etibarlılıq müddəti aprelin 20-nə qədər olan icazə vətəndaşlara və şirkətlərə məlumat verilmədən ləğv edilib. Bundan xəbərsiz olan şirkət əməkdaşları isə DYP postlarında saxlanılaraq, cərimə olunurlar.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir