Azərbaycanda 4-cü sinif şagirdi özünü asdı
Hər Şeydən Bir Az

Azərbaycanda 4-cü sinif şagirdi özünü asdı

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

1Arada.az Publika.az-a istinadən xəbər verir ki, rayonun Sarxanbəyli kəndində 2009-cu il təvəllüdlü N.S. özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib.

Onun asılı vəziyyətdə qalan meyitini ailə üzvləri aşkar ediblər.

Bildirilir ki, intihar edən 11 yaşlı oğlanın anası 4 il əvvəl vəfat edib. O, orta məktəbin 4-cü sinfində oxuyurmuş.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir